Gündəm / Siyasət
12 mart 2024
0
Əliyevlə Tokayev Şuşaya getdi - Foto

Martın 12-də Prezident İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Şuşa şəhərinə səfər ediblər.
Dövlət başçıları Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin işğal dövründə Şuşada ermənilər tərəfindən gülləbaran edilmiş heykəllərinə baxıblar. Prezidentlərə Şuşanın Baş planı barədə məlumat verilib.
Sonra dövlət başçıları Natəvan bulağında olub, Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Yaradıcılıq Mərkəzində “Heydər Əliyev və Qarabağ” sərgisinə baxıblar.
Daha sonra prezidentlər Saatlı məscidində, Bülbülün ev-muzeyində, Cıdır düzündə və XIX əsrin ortalarında Qarabağ memarlıq məktəbinə xas tərzdə inşa edilmiş üç yaşayış binasından ibarət “Yasəmən” otelində olublar.


Daha çox xəbər:

Azərbaycan ilə Özbəkistan prezidentləri və xanımları Şuşaya səfər ediblər
Gündəm / Siyasət
Prezident və birinci xanım Şuşada bir sıra tədbirlərdə iştirak ediblər
Gündəm / Siyasət
Prezidentlər Füzulidə açılış mərasimində iştirak etdi
Gündəm / Mədəniyyət
Qlobal Forumun iştirakçıları Şuşanın tarixi məkanları ilə tanış olublar
Gündəm / Siyasət
Tanınmış mədəniyyət xadimləri Şuşada
Gündəm / Mədəniyyət