Gündəm / Dünya
14 mart 2024
1
Rusiya onların ölkəyə girişinə qadağa qoydu
Rusiya 227 ABŞ rəsmisinin ölkəyə girişinə qadağa qoyub.
Bu haqda Rusiya Xarici İşlər Nazirliyi açıqlama yayıb.
Nazirlikdən verilən yazılı açıqlamada ABŞ-nin Rusiyaya qarşı sanksiyalarını davamlı olaraq genişləndirdiyi bildirilib.
Açıqlamada 227 ABŞ rəsmisinin qarşılıqlı olaraq Rusiyaya girişinə qadağa qoyulduğu, bu şəxslər arasında Rusiya əleyhinə fəaliyyət göstərən diplomatlar, iş adamları, jurnalistlər və akademiklərin də olduğu qeyd edilib.
Rusiyanın girişinə qadağa qoyduğu şəxslərin siyahısına ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller və ABŞ-nin Moskvadakı keçmiş səfiri Con Sallivan kimi adlar daxildir.
Daha çox xəbər:
Aİ Rusiya Mərkəzi Bankına QADAĞA QOYDU
Gündəm / DünyaMoldova Putinin girişinə qadağa qoydu
DünyaABŞ-ın Qafqazda yeganə məqsədi budur - Vaşinqtondan Lavrova CAVAB
DünyaTramp ABŞ-da "TikTok"un fəaliyyətinə qadağa qoymaq istəyir
Dünya"Çavuşoğlunun bu hərəkəti qəzəbə səbəb oldu - "Ermənistana gəlməsinə qadağa qoyulsun"
Gündəm / Cəmiyyət