Gündəm / Cəmiyyət
15 mart 2024
0
Bu hərbçilərə mənzil verildi
Martın 15-də Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli Fərmanının icrasının təmin edilməsi məqsədilə yaradılmış komissiya tərəfindən 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçulara (hərbi xidmətdə olan, ehtiyata buraxılmış hərbi qulluqçular və ya onların varislərinə) daimi mənzillərin verilməsi mərasimi keçirilib.
Bu barədə Müdafiə Nazirliyi məlumatı yayıb.
Mərasimdə hərbi qulluqçuların ailə üzvləri, nazirliyin müvafiq qurumlarının nümayəndələri və media mənsubları iştirak edib.
Şəffaflıq və ədalətlilik prinsipi nəzərə alınmaqla, seçim əsasında Abşeron rayonu, Bakının Sabunçu və Suraxanı rayonlarında hərbi qulluqçuların ailələrinə mənzillər təqdim edilib.
20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların ailə tərkibi nəzərə alınmaqla onlara müvafiq sahəsi olan mənzillər verilib.
Daha çox xəbər:
478 nəfər hərbçi mənzillərlə təmin olunacaq
Gündəm / CəmiyyətEv almaq istəyən hərbçilərin NƏZƏRİNƏ
Gündəm / CəmiyyətMüddətli hərbi qulluqçuların ehtiyata buraxılmasına başlanıb
Gündəm / Cəmiyyət / SosialHəlak olmuş hərbi qulluqçuların sosial müdafiəsinə dair tələblər müəyyənləşir
Gündəm / SiyasətHərbçilərin mənzil təminatı üçün 35 milyon ayrılır
Gündəm / Cəmiyyət