Gündəm / Cəmiyyət
21 mart 2024
0
Azərbaycanda ən çox kişilər xaricə səfər edir - Bu ölkələrə...
2024-cü ilin ilk iki ayında 296 mindən çox Azərbaycan vətəndaşı xarici ölkələrə səfər edib.
Modern.az-ın Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən apardığı hesablamalara görə, xarici ölkələrə səfər edən vətəndaşlarımızın sayı ötən ilin eyni dövrü ilə müqayisədə 36 faiz artıb.
Hesablamalara görə, vətəndaşların 37,9 faizi Türkiyəyə, 21,9 faizi Rusiyaya, 9,7 faizi Gürcüstana, 8,5 faizi İrana, 22 faizi digər ölkələrə səfər edib.
Xaricə səfər edənlərin 68,2 faizini kişilər, 31,8 faizini qadınlar təşkil edib.
İlk iki ayda İrana gedən vətəndaşların sayı 38,5 faiz, Gürcüstana gedənlərin sayı 32,2 faiz, Rusiyaya gedənlərin sayı 30,6 faiz, Türkiyəyə gedənlərin sayı 30,1 faiz artıb.
Xaricə gedənlərin 67,7 faizi hava, 30,0 faizi dəmir yolu və avtomobil, 2,3 faizi isə dəniz nəqliyyatından istifadə
Daha çox xəbər:
Ümumi daxili məhsul istehsalında ARTIM
Gündəm / İqtisadiyyatSərnişinlər əsasən hansı nəqliyyat vasitələrindən istifadə edir?
Gündəm / CəmiyyətAzərbaycan bu ölkələrdən məhsul idxal edib
Gündəm / İqtisadiyyatƏhalinin kredit borcları artıb
Gündəm / İqtisadiyyatOrta aylıq əmək haqqı 14%-dən çox artıb
Gündəm / Cəmiyyət