Gündəm / Dünya
22 mart 2024
0
Dmitri Peskov: De-fakto müharibə şəraitindəyik
De-fakto müharibə şəraitindəyik.
Bunu Kremlin sözçüsü Dmitri Peskov “Kommersant FM”ə müsahibəsində deyib.
O bildirib ki, Ukraynadakı vəziyyət de-yure xüsusi əməliyyat, de-fakto isə müharibədir: “Xüsusi hərbi əməliyyatın hüquqi statusu dəyişmir. Bununla belə, hazırkı vəziyyət bizim üçün de-fakto müharibədir”.
D.Peskov söyləyib ki, döyüşlər kollektiv Qərbin proseslərə müdaxiləsindən sonra müharibəyə çevrilib: “Yəni dəyişikliklər hüquqi mənada deyil, mahiyyət etibarilə baş verib”.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında müharibə 2022-ci il fevralın 24-də başlayıb. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl bildirib ki, Qərb dəstəyi dayandırsa, ölkəsi geri çəkiləcək. ABŞ hələ ki Ukraynaya yardımı dayandırıb. Bundan əvvəl xarici KİV-lər yazmışdı ki, ABŞ Ukraynadan hücumdan müdafiə strategiyasına keçməyi tələb edir. ABŞ dövlət katibi Antoni Blinken daha əvvəl Ukraynanın çətin vəziyyətdə olduğunu açıqlayıb. Türkiyənin xarici işlər naziri Hakan Fidan isə bildirib ki, Rusiya ilə Ukrayna arasında sülhün vaxtı çatıb. V.Zelenski daha əvvəl qeyd edib ki, atəşkəs həm Ukrayna, həm də Şərqi Avropa üçün ciddi təhlükə yaradacaq. NATO hərbi komitəsinin rəhbəri, admiral Rob Bauer bundan əvvəl Rusiya ilə müharibəyə hazır olduqlarını söyləyib.
Daha çox xəbər:
Kreml: “Qarabağ de-fakto və de-yure Azərbaycan ərazisidir”
Dünya"Zelenskinin ABŞ-a getməsindən müsbət gözləntilərimiz yoxdur" - Kreml
Gündəm / CəmiyyətPeskov Kabildəki səfirlik yaxınlığında törədilən partlayışı terror adlandırdı
Gündəm / DünyaRusiyalı aparıcıdan xain təklif: "Zelenski səfərdə olarkən KİYEVƏ HÜCUM EDİN!"
Gündəm / DünyaPeskov Rusiyanın G7-dəki planlarından söz açdı
Gündəm / Cəmiyyət