Gündəm / Cəmiyyət
28 mart 2024
0
İcra başçısının qardaşı oğluna HÖKM OXUNDU
Lənkəran İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun qardaşı Azər Qaraşovun qətli ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm elan olunub
Hökmə əsasən, Azay Qaraşov 10 il müddətinə azadlıqdan məhrum olunub.
Qeyd edək ki, hadisə ötən il iyulun 26-da Kürdəmir rayonunun Pirəköcə kəndində baş verib. 1975-ci il təvəllüdlü Azər Qaraşovun odlu silahdan açılan atəş nəticəsində ölməsi ilə bağlı Kürdəmir rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib.
İlkin olaraq hadisənin intihar olduğu bildirilirdi. Qaraşovlar ailəsi isə Azər Qaraşovun ehtiyatsızlıq səbəbindən aldığı güllə yarasından vəfat etdiyini iddia edirdi.
Daha sonra əməliyyat tədbirləri ilə Azər Qaraşovun oğlu Azay Qaraşov atasını ov tüfəngi ilə qətlə yetirməkdə şübhəli bilinərək saxlanılıb.
Azay Qaraşova qarşı Cinayət Məcələsinin 120.1 (Qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.(APA)
Daha çox xəbər:
İcra başçısının qardaşı oğlu hakim qarşısına çıxarılır
Gündəm / Hadisəİcra başçısının qardaşının ölümü ilə bağlı cinayət işi başlandı
Gündəm / Cəmiyyətİcra başçısının qardaşını oğlu öldürübmüş
Gündəm / HadisəNazir icra başçısının oğluna yüksək VƏZİFƏ VERDİ
Gündəm / Cəmiyyətİsmayıl Vəliyevə hökm oxundu
Gündəm / Siyasət