Gündəm / Dünya
01 aprel 2024
0
"İstədiyimiz nəticəni qazana bilmədik” - Ərdoğan

“Ak Parti” seçkiyə ciddi şəkildə hazırlaşsa da, təəssüf ki, yerli özünüidarə orqanlarına seçkilərdə istədiyimiz nəticəni qazana bilmədik. Nəticə belə oldu, hər şeydə bir xeyir var”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada xalqa müraciətində deyib.
Ərdoğan əlavə edib ki, seçki prosesini demokratiyaya yaraşan bir şəkildə tamamlanıb:
“Buna kölgə salacaq heç bir hadisə yaşanmadı. Bu seçkinin qalibi demokratiyamızdır. Bu yolu bərabər addımlayacağıq. Kim nə deyirsə-desin. Bu, son 22 ildə 18-ci sandıq imtahanımız oldu. Həmişə də öhdəsindən gəldik, bundan sonra da belə olacaq”.
Ərdoğanın çıxışı zamanı meydana toplaşanlar dövlət başçısının ünvanına xoş sözlər səsləndiriblər. Ərdoğanın da buna maraqlı cavabı olub:
“Mən də sizə dəlilər kimi aşiqəm”.

Daha çox xəbər:

İlham Əliyev: “Rəcəb Tayyib Ərdoğan tərəfindən verilən açıqlamalar bizə çox böyük siyasi dəstək oldu”
Gündəm / Cəmiyyət
"Biz də səhv edə bilərik" - Ərdoğan vətəndaşlardan halallıq istədi
Dünya
Ərdoğan Azərbaycana gələcək
Gündəm / Siyasət
Ərdoğan İsrailə gedəcək
Gündəm / Dünya
Ərdoğan buna görə Qlazqo İqlim Sammitində iştirak etməyəcək
Dünya