Gündəm / Siyasət
02 aprel 2024
1
Azərbaycan dünya dini liderlərinin görüşünün keçirilməsinə hazırdır
Prezident İlham Əliyev COP29 çərçivəsində də Azərbaycanın dinlərarası dialoqun təşviqinə dəstək verməyə, bunun bir nümunəsi kimi dünya dini liderlərinin görüşünün keçirilməsinə və bu sahədə əməkdaşlığa hazır olduğunu vurğulayıb.
Bu barədə dövlət başçısı aprelin 2-də Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalamı qəbul edərkən deyib.
Prezident İlham Əliyev dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqində Azərbaycanın mühüm rol oynadığını vurğulayaraq, bu xüsusda Bakıda keçirilən mötəbər tədbirlərə toxunub.
Dövlət başçısı yaxın zamanda ICESCO, UNESCO və BMT-nin Sivilizasiyalar Alyansının dəstəyi ilə Azərbaycanda Mədəniyyətlərarası Dialoq Forumunun yenidən keçiriləcəyini bildirib.
Daha çox xəbər:
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında iştirak edirlər
İqtisadiyyat"Azərbaycanda daim dini tolerantlıq hökm sürüb" - Prezident
SiyasətPrezident İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsini qəbul edib
Siyasətİlham Əliyev Kailaş Satyartini qəbul etdi - YENİLƏNİB
Gündəm / Siyasətİlham Əliyev BMT-nin icraçı katibini qəbul etdi - YENİLƏNİB
Cəmiyyət