Gündəm
02 aprel 2024
0
Putin növbəti terror aktları ilə bağlı xəbərdarlıq edib
“Crocus City Hall” terror aktını sifariş edənlər mütləq tapılacaq.
Bunu Rusiya Prezidenti Vladimir Putin Daxili İşlər Nazirliyinin kollegial iclasında çıxışı zamanı deyib.
O bildirib ki, zəncirin bütün halqalarını tamamlamaq və terror aktından son faydalananları müəyyən etmək vacibdir.
V.Putin həmçinin qeyd edib ki, fövqəladə hallara qarşı hazırlıq artırlımalıdır: “Ölkədəki ictimai yerlər diqqətlə qorunmalıdır”.
Xatırladaq ki, martın 22-də Moskva vilayətinin Krasnoqorsk şəhərində “Crocus City Hall” konsert zalında yerli “Piknik” rok qrupunun səhnəyə çıxışı ərəfəsində terror aktı törədilib. Atəş açaraq binaya daxil olan silahlı şəxslər məkanı yandırdıqdan sonra hadisə yerindən qaçıblar.
Son məlumata görə, həmin terror aktı nəticəsində azı 144 nəfər həlak olub, 551 nəfər isə yaralanıb. Eyni zamanda, 95 nəfər itkin düşmüş və ya "hesaba qatılmamış" sayılır.
Daha çox xəbər:
İran “Crocus”dakı terroru əvvəlcədən bilirmiş... - "Rusiyaya xəbərdarlıq etdik"
Gündəm / SiyasətÖlənlərin sayı 82 nəfərə çatdı - Yenilənib
Gündəm / Dünya“Crocus City Hall” terrorunda yaralananların sayı artdı
Gündəm / Cəmiyyət“Bununla bağlı qərarda Putinin rəyi rəhbər tutulacaq”
Gündəm / CəmiyyətKəmaləddin Heydərov rusiyalı həmkarına başsağlığı verdi
Gündəm / Cəmiyyət