Gündəm / Dünya
04 aprel 2024
1
Latviya dronların ilk partiyasını Ukraynaya göndərəcək
Latviya yaxın vaxtlarda Ukraynaya 1 milyon avro dəyərində yerli istehsal olan dronların ilk partiyasını göndərməyi planlaşdırır.
“Report” Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, bunu Latviyanın Baş naziri Evika Silina ukraynalı həmkarı Denis Şmıqalla keçirdiyi mətbuat konfransında deyib.
O qeyd edib ki, Latviyanın istehsal etdiyi dronlar sınaqdan keçirilib: “Ukraynalı həmkarlarımız onların döyüşdə effektiv olduğunu etiraf ediblər”.
Onun sözlərinə görə, ümumilikdə, 2024-cü ildə Latviya Ukraynaya dronların tədarükü üçün 9 milyon avro ayırmağı planlaşdırıb.

Daha çox xəbər:

Ukraynaya misli görülməmiş yardım edilir - 500 milyon avro
Gündəm / Dünya
"Ukraynaya qarşı səbəbsiz və əsassız təcavüzü pisləyirik" - Latviya Prezidenti
Gündəm / Siyasət
Prezident Latviyanın Baş nazirinin müavinini qəbul etdi
---
ABŞ-ın Yunanıstana pulsuz verdiyi hərbi təyyarələrlə bağlı ŞOK İDDİA
Gündəm / Dünya
Portuqaliya Ukraynaya maliyyə yardımı göstərəcək
Dünya