Gündəm / Cəmiyyət
05 aprel 2024
0
Konstitusiya qanunlarına dəyişikliklər ediləcək
Konstitusiya qanunlarına dəyişikliklər Milli Məclisdə üçüncü oxunuşda təsdiqlənib. Milli Məclis Azərbaycan Respublikası Konstitusiyasının 156-cı maddəsini rəhbər tutaraq, “Media haqqında” Azərbaycan Respublikasının Qanununun icrası ilə əlaqədar dəyişiklikləri qəbul edib.
Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya qanunlarında dəyişikliklərlə bağlı qanun layihəsi Milli Məclisin aprelin 5-də keçirilən iclasının gündəliyinə daxil edilib.
Dəyişikliklərə əsasən, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.2.5-ci maddəsində “kütləvi informasiya vasitələrini” sözləri “media subyektlərini” sözləri ilə əvəz olunur.
Həmçinin “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklərlə 2.1. 1.0.20-ci maddədə “kütləvi informasiya vasitələrinin” sözləri “media subyektlərinin” sözləri, 2.2. 9.1.2-ci maddədə və 84-cü maddənin adında “kütləvi informasiya vasitələrində” sözləri “media məhsullarında” sözləri, eləcə də 2.3. 48.3.2-ci maddədə “kütləvi informasiya vasitələrində” sözləri “mediada” sözü ilə əvəzlənir.
Qanun layihəsi üçüncü oxunuşda müzakirə edilərək səsvermədən sonra qəbul edilib.
Daha çox xəbər:
Deputatlar sabah 16 məsələyə görə toplaşacaq
Gündəm / SiyasətMilli Məclis 11 məsələyə görə toplaşır
Gündəm / SiyasətMilli Məclisin iclası başladı - Gündəlikdə 17 məsələ var
Gündəm / SiyasətMilli Məclisin ilk iclasının gündəliyi - SİYAHI
Gündəm / CəmiyyətMilli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası başlayıb
Siyasət