Gündəm / Cəmiyyət
05 aprel 2024
0
Azərbaycanlı iş adamlarına kömək etməyə hazırıq - Lvov rəhbəri
Generatorlar, transformatorlar və digər enerji avadanlıqları şəklində köməyə, müharibə nəticəsində zərər çəkmiş uşaqları reabilitasiya və istirahət üçün qəbul etdiyinə görə Azərbaycan Hökumətinə təşəkkür edirəm.
Bunu Lvov vilayəti hərbi administrasiyasının başçısı Maksim Kozitski Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyevlə görüş zamanı bildirib.
“Azərbaycan biznesi tərəfdaşlıqda maraqlıdırsa, Lvov vilayəti dövlət administrasiyası bütün məsələlər üzrə kompleks dəstək verəcək. Genişmiqyaslı müharibə başlayandan bəri çətinlik çəkən insanlara qida və sığınacaqlarda kömək edən, hətta könüllülər mərkəzi yaradan fəal Azərbaycan icmasına ayrıca təşəkkür edirəm”, - deyə Maksim Kozitski əlavə edib.
Görüş zamanı səfir Seymur Mərdəliyev Lvov vilayətinin sənaye, enerji və nəqliyyat, logistika və turizm sahələrində əhəmiyyətli potensiala malik olduğunu vurğulayıb. O, bu istiqamətlərdə regionlararası əməkdaşlığı dərinləşdirilməyi təklif edib.
Daha çox xəbər:
"İsrailin bu sahədə böyük nailiyyətlər əldə etdiyini bilirik" - Prezident
Gündəm / SiyasətKanada 40 mindən çox ukraynalı hərbçiyə təlim keçib
Gündəm / DünyaƏrdoğan Zelenskiyə Putinlə görüş təklif edəcək - KİV
Gündəm / DünyaPrezident Neçirvan Bərzanini qəbul etdi - (YENİLƏNİB)
Gündəm / Siyasət"Hesab edirəm ki, bunun da zamanı yetişib" - Dövlət başçısı
Gündəm / Siyasət