Gündəm / Hadisə
06 aprel 2024
0
Ağdamda partlayış - ANAMA əməkdaşı yaralandı
Ağdam rayonunun Sarıcalı kəndi ərazisində detonator partlayıb, Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı xəsarət alıb.
Bu barədə ANAMA-dan məlumat verilib.
Qeyd edilib ki, Agentliyin əməkdaşı 2000-ci il təvəllüdlü Piriyev Anar Mürşüd oğlu xidməti vəzifəsini yerinə yetirərkən aliminium gövdəli kiçik ölçülü detonatorun işə düşməsi nəticəsində əl və ayaq nahiyəsindən yüngül xəsarətlər alıb.
"Xəsarət alan əməkdaş müayinə olunmaq üçün rayon xəstəxanasına çatdırılıb. Həyatı təhlükəsi və ciddi xəsarəti yoxdur", - məlumatda vurğulanıb.

Daha çox xəbər:

ANAMA-nın əməkdaşı Ağdamda minaya düşdü - YENİLƏNİB
Cəmiyyət
ANAMA əməkdaşı minaya düşdü - YENİLƏNİB
Gündəm / Hadisə
ANAMA əməkdaşı Ağdamda minaya düşüb, vəziyyəti qənaətbəxşdir
Gündəm / Dünya
ANAMA əməkdaşı Cəbrayılda minaya DÜŞDÜ
Gündəm / Hadisə
Ağdamda minaya düşən Zaur Bakıya gətirildi
Gündəm / Cəmiyyət