Gündəm / Dünya
12 aprel 2024
1
Palma yarpaqları ilə yazdıqları bu ifadə ilə xilas oldular
Günlərlə Sakit Okeanda yerləşən adalardan birində qalan üç dənizçi palma yarpaqları ilə kömək istəyərək xilas olublar.
Bu barədə “The Guardian” məlumat yayıb.
Bildirilib ki, Mikroneziyanın bir hissəsi olan Pikelot adası yaxınlığında üç nəfər balıq tutmaq üçün səyahətə çıxıb.
İri dalğa onların gəmilərinin mühərriyini zədələyib. Nəticədə gəmi kimsəsiz adaya yaxınlaşıb.
Adada dənizçilərin ratsiyası işləməyib. Onlar kömək çağıra bilməyiblər.
Sakit okeanın ucqar atollunda bir həftədən çox qapalı qalan üç balıqçı nəhəng palma yarpaqlarından istifadə edərək qumda “HELP” (Kömək) sözünü yazdıqdan sonra xilas edilib.
ABŞ Sahil Mühafizəsinin üzvü Oliver Henrinin ekipajı, mesajı havadan gördükdən sonra 40 yaşlarında olan kişiləri adadan təhlükəsiz yerə aparıb.
Kişilərin səhhətinin yaxşı olduğu və onların adada qaldıqları günlərdə şirin su quyusundan maye qəbul etdikləri və kokosla qidalandıqları qeyd olunub.
Daha çox xəbər:
İtləri xilas etmək istəyən model faciəvi şəkildə öldü
DünyaTürkiyədə zəlzələdən 296 saat sonra 3 nəfər xilas edildi
Gündəm / DünyaAzərbaycanda ana oğlunu xilas etmək üçün qara ciyərini satışa çıxardı - FOTO
GündəmDağıntılar altından çıxan 20 günlük körpənin bu görüntüsü hər kəsi kədərləndirdi
Gündəm / DünyaUkraynalı müğənni Ərdoğana müraciət etdi: Bizi xilas edin!
Dünya