Dünya
26 aprel 2022
25
Ukraynalı müğənni Ərdoğana müraciət etdi: Bizi xilas edin!
Ukraynalı müğənni Olya Polyakova Mariupoldakı mülki əhalinin və hərbçilərin xilas edilməsi üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət edib.
Sənətçinin müraciəti “Azadlıq” (“Freedom”) kanalında yayımlanıb.
"Gəlin, “Azovstal"a baxaq. Hamımız görürük ki, orda nə qədər adam var. Orada 1000 nəfər var. Orada çoxlu uşaq var. Bu uşaqlar 61 gündür günəşi görmür. Təsəvvür edirsiniz? 61 gündür zirzəmilərdə oturublar. Mən şəxsən Ərdoğana üz tutub kömək istəyirəm. Dəniz dəhlizi açın. Mariupol sakinlərini və onun müdafiəçilərini xilas edin! Ona görə də sizdən xahiş edirəm ki, təcavüzkara öz təsirinizdən istifadə edəsiniz və bir əməliyyat həyata keçirəsiniz. Böyük və çox vacib xilasetmə missiyası”, - Polyakova bildirib.
Kult.az
Daha çox xəbər:
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi
Gündəm / Cəmiyyətİlham Əliyev Ərdoğana zəng etdi
Gündəm / Siyasətİlham Əliyev Ərdoğana başsağlığı verdi
Gündəm / SiyasətƏliyev Ərdoğana zəng etdi: Brüssel görüşü müzakirə edildi
Gündəm / Siyasət"Atamı itirməkdən çox qorxuram" - Eldar Həsənovun qızı Mehriban Əliyevaya müraciət etdi
Gündəm / Cəmiyyət