Gündəm / Siyasət
30 iyul 2021
34
İlham Əliyev Ərdoğana başsağlığı verdi
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.
Məktubda deyilir:
“Əziz Qardaşım,
Qardaş Türkiyənin müxtəlif bölgələrində baş vermiş güclü meşə yanğınları və onların törətdiyi fəsadlar barədə xəbər bizi son dərəcə kədərləndirir.
Əminəm ki, Sizin rəhbərliyiniz altında hökumətinizin atdığı qətiyyətli addımlar sayəsində əzmli və mübariz Türkiyə xalqı bu fəlakətin öhdəsindən tezliklə gələcəkdir.
Azərbaycan hökuməti və xalqı hər zaman olduğu kimi bu gün də qardaş Türkiyə xalqı ilə həmrəydir və onun yanındadır.
Dağıdıcı yanğınlar nəticəsində həlak olanların ailələrinə və yaxınlarına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.
Allah rəhmət eləsin!”
Daha çox xəbər:
İlham Əliyev Çin liderinə başsağlığı verdi
Gündəm / Siyasətİlham Əliyev Almaniya Prezidentinə başsağlığı verib
Gündəm / SiyasətƏliyev Putinə başsağlığı verdi
Siyasətİlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub göndərdi
CəmiyyətPrezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik edib
Gündəm / İqtisadiyyat / Dünya