Gündəm / Mədəniyyət
13 aprel 2024
0
Xalq yazıçısı Çingiz Abdullayevin son durumu açıqlanıb
Səhhətində yaranan problemə görə Mərkəzi Gömrük Hospitalına yerləşdirilən Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayevin vəziyyəti yaxşılaşıb.
Bu barədə “Report”a onun yaxınları məlumat verib.
Bildirilib ki, Ç.Abdullayevin həyatı üçün təhlükə sovuşub, durumu sabitləşib. Hazırda Xalq yazıçısının müalicəsi xəstəxana şəraitində davam etdirilir.
Qeyd edək ki, Ç.Abdullayev bir neçə gün əvvəl zəhərlənib. O, xəstəxana şəraitində müalicə alaraq evə buraxılmışdı. Xalq yazıçısı səhhətində yenidən problem yarandığından hospitala yerləşdirilib.
Xatırladaq ki, Ç.Abdullayev 1959-cu il aprelin 7-də anadan olub. 2005-ci ildə Xalq yazıçısı adına layiq görülüb.
Daha çox xəbər:
Çingiz Abdullayev qalmaqallı paylaşımını sildi, tənqidlərə belə CAVAB verdi
Gündəm / SosialÇingiz Abdullayev jurnalisti təhqir etməsi barədə: “Dediklərimdən peşman deyiləm”
Gündəm / Mədəniyyət“Bu, jurnalistika deyil, tərbiyəsizlikdir”
Gündəm / CəmiyyətAbdullayev 203 min manatın nəyə xərcləndiyini açıqladı - Video
Gündəm / CəmiyyətAnar yenidən AYB-nin sədri seçildi - YENİLƏNİB
Gündəm / Cəmiyyət