Gündəm / İdman
15 aprel 2024
0
İddiaçılar Turniri: Azərbaycan şahmatçısı Nakamura ilə üz-üzə gələcək
Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində keçirilən İddiaçılar Turnirində bu gün növbəti görüşünə çıxacaq.
28 yaşlı qrossmeyster X turda ABŞ təmsilçisi Hikaru Nakamura ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. Abasov hazırda 3 xalla sonuncu - 8-ci pillədə qərarlaşıb. Nakamura isə 4,5 xalla 4-6-cı yerləri bölüşdürür.
Qeyd edək ki, yarış aprelin 22-də başa çatacaq. 8 şahmatçının iki dövrədən ibarət mübarizəsində birinci olan qrossmeyster hazırkı dünya çempionu Dinq Lirenlə (Çin) Şahmat Tacı uğrunda oynamaq hüququ əldə edəcək.
Daha çox xəbər:
Bu gün Slovakiya - Azərbaycan matçı var
Gündəm / İdmanBu gün Vüqar Həşimovun anım günüdür
Gündəm / İdmanŞəhriyar Məmmədyarov bu gün ikinci görüşünü keçirəcək
İdmanDÇ-2022: Bu gün üçüncü yer uğrunda oyun keçiriləcək
Gündəm / İdmanAzərbaycanın şahmat millisi dünya çempionatında növbəti görüşlərini keçirəcək
Gündəm / Cəmiyyət