Gündəm / Mədəniyyət
15 aprel 2024
0
“Boynum sınaydı, bu sənətə gələndə” - Mətanət İsgəndərli
“Məşhur olmaqdan bu dünyada bədbəxt bir şey yoxdur. Buradan söyülürlər, digər tərəfdən çıxıb gülürlər. Axı, bu nə sənətdir? Allah məni bir daha dünyaya gətirsə, həyatım boyu bir də bu sənətə gəlmərəm. İstəmərəm ki, bir adam belə məni tanısın. Mənim kimi bir insana necə şərlər, böhtanlar atıldı. Bakı balaca şəhərdir. Hamı bir-birini tanıyır. Kim reytinqə, kim paxıllığa görə bunları edir”.
Bunu Əməkdar artist Mətanət İsgəndərli qatıldığı teleproqramlardan birində deyib.
“Günahım bu oldu ki, bu sənətə gəldim və məşhur oldum. Kaş, məşhur olmazdım. Boynum sınaydı bu sənətə gələndə.
Mən cəhənnəmə, övladlarım bundan əziyyət çəkdilər. Məşhur olmayan insanlara həsəd aparıram. Mənim qədər məşhurluqdan əziyyət çəkən yoxdur. Sakit yaşayan ailələrə həsəd aparıram. Mən də insanam, mən də rahat yaşamaq istəyirəm”,- o bildirib.(Lent)

Daha çox xəbər:

Mətanət İsgəndərli bu sözləri Elgizə yox, başqa aparıcıya deyib
Gündəm / Mədəniyyət
"Analar var ki, harınlığından balalarını atır" - Mətanət İsgəndərli
Mədəniyyət
Azərbaycanlı məşhur: "Yaşaya-yaşaya ölmək..."
Şou
Qənirə Paşayevanın ölümlə bağlı TƏSİRLİ SÖZLƏRİ: "Deyəcəklər ki, adam kimi adam idi””
Gündəm / Cəmiyyət
Məşhur reper dağıntılar altından 72 saat sonra sağ çıxarıldı
Gündəm / Cəmiyyət