Gündəm / Cəmiyyət
15 aprel 2024
2

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verildi


“Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə dəyişiklik edilib.

Bu, Prezident İlham Əliyevin müvafiq Fərmanında əksini tapıb.

Fərmana əsasən, yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib.

Belə ki, onlar müvafiq ərazidə məişət zorakılığının qarşısının alınması sahəsində qanunla müəyyən edilmiş tədbirlər görəcək.