Gündəm / Dünya
18 aprel 2024
0
“İrəvandan aydın reaksiya gözləyirik”
“Brüsseldə Ermənistan, Avropa İttifaqı və ABŞ arasında Rusiya qoşunlarının Ermənistandan çıxarılması planlarının razılaşdırılması barədə yayılan məlumatlara İrəvandan aydın reaksiya gözləyirik”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Mariya Zaxarova deyib.
“Daha əvvəl, İrəvanda ictimai olaraq bildirildi ki, Qərb ölkələri ilə münasibətlərin inkişafı üçüncü ölkələrə qarşı yönəlməyib. Biz Ermənistan rəhbərliyindən yayılan məlumatlara aydın reaksiya gözləyirik”, - deyə Zaxarova qeyd edib.
Qeyd olunur ki, Zaxarova bununla aprelin 5-də Brüsseldə baş tutan Ermənistan-ABŞ-Aİ görüşündə tərəflər arasında hərbi-siyasi sahədə razılıqların əldə olunmasına dair yayılan məlumatlara münasibət bildirib.

Daha çox xəbər:

Rusiya buna görə Ermənistandan izahat istədi
Gündəm / Dünya
Rəsmi İrəvandan Zaxarova və Kremlə qarşı sərt sözlər
Gündəm / Dünya
Müdafiə Nazirliyindən ermənilərin yaydığı məlumatlara REAKSİYA
Gündəm / Siyasət
"ABŞ və Aİ niyə birdən-birə Ermənistan-Azərbaycan məsələsində fəallaşıb?" - Zaxarova
Gündəm / Dünya
Rusiyadan Bəxtiyar Ersayın Azərbaycandakı təyinatına - Münasibət
Gündəm / Siyasət