Gündəm / Hadisə
23 aprel 2024
1
Körpələr evindəki yeyinti - Cinayət işi AÇILDI
Körpələr evində yol verilmiş qanunsuzluqlarla bağlı cinayət işi başlanıb.
Bu barədə Yevlax rayon prokurorluğu məlumat yayıb.
Yevlax rayon Qaraməmmədli kənd körpələr evi və uşaq bağçasında baş verən qanunsuzluqlarla bağlı daxil olmuş vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.
Araşdırma zamanı 2020-2024-cü illlərdə bağçanın maddi bazası imkan vermədiyi halda əlavə qrup təşkil olunmaqla qanunla nəzərdə tutulmayan vəzifələrdə çalışan işçilərə əməkhaqqı ödənilməsi, ərzaq məhsullarının əsassız olaraq məxaricə silinməsi və digər qanunsuz yollarla xeyli miqdarda dövlət əmlakının mənimsənilməsi və israf edilməsinə əsaslı şübhələr müəyyən edilib.
Fakta görə rayon prokrurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə) maddələrilə cinayət işi başlanaraq istintaq aparılır.212:42
Daha çox xəbər:
Vəzifəli şəxslər barəsində cinayət işi başlanıldı
HadisəBakıda bağça müdiri barəsində cinayət işi BAŞLANDI
Gündəm / HadisəŞabran xəstəxanasında mənimsəməyə görə cinayət işi açıldı
HadisəSabiq bələdiyyə sədrinin qaunsuz əməlləri İFŞA EDİLDİ
HadisəAzərbaycanda vəzifəli şəxslərə cinayət işi AÇILDI
Gündəm / Hadisə