Hadisə
03 oktyabr 2023
0
Şabran xəstəxanasında mənimsəməyə görə cinayət işi açıldı

Şabran xəstəxanasında mənimsəməyə görə cinayət işi açılıb.
Bu barədə Şabran rayon Prokurorluğundan bildirilib.
Məlumata görə, Şabran Rayon Mərkəzi Xəstəxanasında yol verilən qanunsuzluqlar barədə daxil olmuş vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.
Araşdırma zamanı 2018-2023-cü illəri əhatə edən dövr ərzində qeyd edilən xəstəxananın vəzifəli şəxs(lər)inin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək bilə-bilə rəsmi sənədlərə yalan məlumatlar daxil edib külli miqdarda dövlət əmlakının mənimsənilməsi və israf edilməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Şabran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.
Hazırda ibtidai istintaq davam edir.

Daha çox xəbər:

Vəzifəli şəxslər barəsində cinayət işi başlanıldı
Hadisə
Bakıda bağça müdiri barəsində cinayət işi BAŞLANDI
Gündəm / Hadisə
Baş həkim haqda cinayət işi başlandı
Gündəm / Cəmiyyət
Bələdiyyə sədrinin cinayət işi məhkəməyə göndərildi
Hadisə
Azərbaycanda vəzifəli şəxslərə cinayət işi AÇILDI
Gündəm / Hadisə