Gündəm / İdman
23 aprel 2024
0
Bakıdakı o görüşün hakimləri cəzalandırıldı - Video
Dünya Güləş Birliyi bu ay Bakıda Avropa Olimpiya təsnifat turniri çərçivəsində keçirilən Turan Bayramov - Frank Çamizo görüşü ilə bağlı qərarını açıqlayıb.
Qalmaqallı görüşün hakimləri cəzalandırılıb.
Hakim səhvlərinin olduğu qənaətinə gələn qurumun qərarına əsasən, Roman Pavlov və İbrahim Cicioğlu bu ilin dekabrına qədər turnirlərdən uzaqlaşdırılıb. Ali Sayvanın cəzası isə 2024-cü ilin 30 sentyabrına qədərdir. Aleksey Bazulin, Kamel Buaziz və Keysi Qoessl isə 30 iyuna qədər referilik edə bilməyəcək.
Qeyd edək ki, sözügedən görüş rüşvət iddiası ilə gündəmə gəlmişdi. Belə ki, Frank Çamizo uduzması üçün ona 300.000 ABŞ dolları məbləğində rüşvət təklif edildiyini bildirmişdi. Onun bu iddiasına finalda uduzduğu Turan Bayramov cavab verərək fatkla danışmağı məsləhət görmüşdü.
Azərbaycan Güləş Federasiyası da məsələyə münasibət bildirərək, “Çamizo “Duty to report” qaydalarına əsasən, belə bir rüşvət təklifinin olmasıyla əlaqədar dərhal etiraz protokolunda öz qeydlərini etməliydi. İndi ya o öz iddiasını sübuta yetirməli, ya da bu iddianın əsassız olduğunu bildirməlidir” açıqlamasını yaymışdı.
Daha çox xəbər:
Nazir rüşvət aldığı iddia edilən polisi CƏZALANDIRDI - VİDEO
Gündəm / CəmiyyətAvropa Olimpiya Təsnifat turniri: Azərbaycanın daha bir güləşçisi qələbə qazanıb
Gündəm / İdmanRüşvət alan gömrükçü haqda fərqli qərarlar - Azadlığa buraxıldı
Gündəm / CəmiyyətƏvəz Zeynallıya hökm oxundu
Gündəm / Cəmiyyət“Bazel” – “Qarabağ” matçının hakimləri bəlli oldu
İdman