Gündəm / Cəmiyyət
24 aprel 2024
0
Natəmizlikdən yaranan ADƏT – Avropalıların iyunda evlənmək vərdişinin İNANILMAZ SƏBƏBİ
“Şərq hər zaman mədəniyyətin beşiyi olub. Və zaman-zaman bu mədəniyyət Avropaya sirayət edib. Sadəcə avropalılar Şərq dəyərlərini çox asanlıqla özlərinkiləşdirə biliblər. Hətta bəzi zamanlarda həmin dəyərləri öz adlarına çıxıblar. Etiraf edək ki, hamam mədəniyyəti də Şərqdən Qərbə transfer edilib. Təsadüfi deyil ki, Şərq ölkələrindən fərqli olaraq Avropada qədim hamamlara rast gəlmək mümkün deyil”.
Bunu Bizim.Media-ya açıqlamasında tədqiqatçı Tural İrfan deyib. O bildirib ki, XVI əsrə qədər Avropada insanların çoxu ən yaxşı halda ildə bir dəfə çimirdilər:
“Bu da əsasən iyun-may aylarına təsadüf edirdi. Bəlkədə ona görə orta əsrlərdə avropalılar ancaq iyun ayında toy edirdilər. Toydan əvvəlsə illik hamamlarını mayda icra edirdilər ki, iyunda çox pis iy verməsinlər. Lakin, bununla belə gənc qadınlar pis qoxularını gizlətmək üçün əllərində bir dəstə çiçək tuturdular. Bununla bağlı bir sıra araşdırmalar, faktlar var. Məsələn tükiyəli tədqiqatçı alim Erol Duren yazırdı ki, avropalılarda hamam mədəniyyəti olmayıb. Onların hamamları içi isti suyla doldurulmuş böyük bir çəlləkdən ibarət olub.
Ənənəyə görə hər ilin yay ayında evin kişisi təmiz suyla yıyunma imtiyazına sahib idi. Ondan sonra oğulları və digər kişilər, daha sonra qadınlar, sonda eyni suda yuyunurdu. Bu əsnada su o qədər kirli hala gəlirdi ki, içində bəzi əşyanı itirmək mümkün idi. İngilislərdə "hamam suyuyla birlikdə uşağı da atmayın" deyimi məhz buradan gəlmədir”.
Tədqiqatçı qeyd edir ki, Orta əsrlərdə Avropadaki rahibələrin üzlərindən və əllərindən başqa yerlərini yumaları qəti olaraq qadağan olunmuşdu:
“Kastilya Kraliçası İzabella 50 ildən artıq ömür sürsə də həyatı boyunca cəmi iki dəfə çimmişdi. Tualetlə hələ tanış olmayan Avropada təbii ehtiyacları küçələrdə ödəmə adəti XVII əsrə qədər davam edib. Fransa krallarından 14-cü Louis, gününün şox hissəsini yenicə icad edilən unitazda oturaraq keçirir, dövlət işlərini də buradan idarə edirdi.
XVII əsrdə İstanbula gələn Avropalı səfirlər təbii ehtiyaclar üçün qab istifadə edikləri və sidik-nəcisi də pəncərədən boşaltma adətləri üzündən şəhərdən uzaq olan Tarabyadaki bir qonaq evinə göndərilmişdilər. Nəhayət, ayaqyolundan istifadə etdikləri üçün avropalılar XIX əsrdə Taksimə daşınmalarına izn verildi”.
Daha çox xəbər:
"Həbsdə olduğum zaman başa düşdüm ki, mən yanılmışam" - Fədayə Laçın
Gündəm / Şouİyunda neçə gün evdəyik?
Gündəm / Cəmiyyət“60 yaşında pis vərdişlərin yoxdursa, bunu bacararsan” - Prezident
Gündəm / SiyasətZəngəzur dəhlizi Avropaya nə verəcək? - İNCƏLƏMƏ...
Gündəm / DünyaCücərmiş sarımsağı qəti zibil qabına atmayın! – İNANILMAZ FAYDALARI
İdman