Gündəm / Siyasət
26 aprel 2024
0
Berlində diaspor fəallarından Azərbaycana DƏSTƏK

Azərbaycan diaspor fəalları Berlində Brandenburq qapısı qarşısında aksiya keçiriblər.
Aksiya iştirakçıları Azərbaycana həmrəylik nümayiş etdiriblər.
Aksiya iştirakçıları alman və ingilis dillərində "Qarabağ Azərbaycandır" şüarları səsləndiriblər. Həmçinin aksiya çərçivəsində Ermənistanın Azərbaycan torpaqlarını 30 il işğal altında saxlaması barədə ətraflı məlumat verilib.
Qeyd edək ki, bu gün bundan əvvəl erməni lobbisinin nümayəndələri Kansler Aparatının qarşısında Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Kansleri Olaf Şoltsun dəvəti ilə Berlinə səfərinə etiraz olaraq aksiya keçiriblər.
Azərbaycan prezidentinin səfəri təkcə erməni lobbisinin nümayəndələrini deyil, onlarla eyni maraqlardan çıxış edən, xarici qüvvələrin təsiri altında fəaliyyət göstərən bir qrup azərbaycanlını da narahat edib. Belə ki, məlumatlara əsasən, Əfqan Muxtarlı da etiraz aksiyası keçirənlərin sırasına qoşulub.(Report)

Daha çox xəbər:

Ermənistanın BMT-dəki nümayəndəliyi qarşısında etiraz aksiyası keçirilib
Cəmiyyət / Dünya
100 gün: Baharı Laçın yolunda qarşıladılar
Gündəm / Siyasət
Ermənistan Mərkəzi Bankının qarşısında aksiya keçirildi
Dünya
Laçın yolunda 118 gün - Aksiya hələ də davam edir
Gündəm / Siyasət
Fransanın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib
Gündəm / Siyasət / Dünya