Gündəm / Cəmiyyət
27 aprel 2024
0
Pilləkənlərlə qalxmaq ömrü uzadır - Alimlər belə deyir...
Şərqi İngiltərə və Norfolk Universitetindən olan Britaniya alimləri müəyyən ediblər ki, mütəmadi olaraq pilləkənlərlə qalxmaq ömrü əhəmiyyətli dərəcədə uzada bilər.
Tədqiqatın nəticələri Avropa Kardioloqlar Cəmiyyətinin (ECS) rəsmi saytında dərc edilib.
Hesabatın müəllifləri bu mövzu ilə bağlı əlçatan elmi sübutlar toplayıb və metaanaliz aparıblar. Tədqiqatların hamısı pilləkənlərin sayından və yuxarı qalxma sürətindən asılı olmayaraq icmala daxil edilib.
Yekun təhlildə ümumilikdə 480 479 iştirakçını əhatə edən doqquz tədqiqat yer alıb.
Tədqiq olunan populyasiyanın tərkibinə həm sağlam insanlar, həm də ürək böhranı və ya periferik arteriya xəstəsi olanlar daxil edilib. Yaş həddi 35-84 arası dəyişib, respondentlərin 53 faizini qadınlar təşkil edib.
Müəyyən olunub ki, pilləkənlərlə yuxarı qalxmaq istənilən səbəbdən ölüm riskinin 24 faiz azalması ilə əlaqəli olub, eləcə də pilləkənlərdən istifadə etməyənlərlə müqayisədə ürək-damar xəstəliklərindən ölüm ehtimalını 39 faiz azaldır. Alimlər qeyd edir ki, piyada gəzmək də ürək böhranı, ürək çatışmazlığı və insultdan qoruyur. (Azərtac)
Daha çox xəbər:
Ömrü uzadan pəhrizlər açıqlanıb - FOTO
Gündəm / CəmiyyətTəhsil insan ömrünü uzadırmış - ARAŞDIRMA
Gündəm / CəmiyyətAzərbaycanda koronavirusa ən çox hansı yaş qrupu olanlar yoluxub?
Gündəm / CəmiyyətProtein kokteylləri ömrü qısaldır – Kişi sağlamlığına 3 zərəri
İdmanAlimlər botoksun insan üçün faydalarını müəyyənləşdirdilər
Cəmiyyət