Gündəm / Siyasət
01 may 2024
0
Prezident ipoteka haqqında qanunu təsdiqlədi

İpotekaya xitam verilən hallar genişlənib.
Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "İpoteka haqqında" qanuna dəyişiklikdə əksini tapıb.
Qanuna əsasən, ipoteka saxlayan tələbdən və ya ipotekadan imtina etdikdə ipotekaya xitam veriləcək
Qeyd edək ki, hazırda ipotekaya aşağıdakı hallarda xitam verilir:
- ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə;
- əsas öhdəliyə xitam verildikdə;
- tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda;
- ipoteka predmeti məhv olduqda;
- bu Qanunla nəzərdə tutulmuş digər hallarda.
Bu Qanunda nəzərdə tutulmuş hallarda ipoteka saxlayan ipotekaya xitam verildiyi gündən 5 təqvim günü ərzində bu barədə ipotekanın qeydiyyatını aparan dövlət orqanına ərizə ilə müraciət etməlidir. Ərizənin verilməməsi nəticəsində ipoteka qoyana vurulan zərərə görə ipoteka saxlayan məsuliyyət daşıyır.

Daha çox xəbər:

İpotekaya görə sistem çökdü
Gündəm / Cəmiyyət
İpoteka kreditləri üçün müraciətlərin qəbulu başlayır
Gündəm / İqtisadiyyat
İpoteka Fondundan vətəndaşları SEVİNDİRƏCƏK XƏBƏR
Gündəm / Sosial
Baş nazir ipoteka ilə bağlı qərarı LƏĞV ETDİ
Gündəm / Siyasət
Məhkəmədən ipoteka ilə bağlı vacib QƏRAR
Gündəm / Cəmiyyət