Gündəm / Dünya
02 may 2024
0
Qırğızıstan vətəndaşlarına Rusiyaya səfər etməməyi tövsiyə etdi
Qırğızıstan Xarici İşlər Nazirliyi vətəndaşlara müvəqqəti olaraq Rusiyaya səfərdən çəkinməyi tövsiyə edib.
Bu barədə Qırğızıstan XİN-in yaydığı məlumatda bildirilir.
“Nazirlik Rusiya Federasiyasına səfər etmək üçün üzrlü səbəbləri olmayan həmvətənlərinə əvvəllər tətbiq edilmiş əlavə təhlükəsizlik tədbirləri və dövlət sərhədindən girişə gücləndirilmiş nəzarət rejimi ləğv edilənə qədər müvəqqəti olaraq səfərdən çəkinməyi tövsiyə edir”, - departament qeyd edir.
Qeyd olunur ki, indiyədək “Qırğızıstan vətəndaşlarının respublikanın Rusiyadakı diplomatik nümayəndəlik və konsulluq idarələrinə” Rusiya Federasiyasına girişindən kütləvi şəkildə imtina halları ilə bağlı heç bir siqnal olmayıb.
Eyni zamanda, nazirlik tövsiyə edib ki, Qırğızıstan vətəndaşları tərəfindən “gözlənilməz hallar və ya təcili suallar” yaranarsa, respublikanın Moskvadakı səfirliyinin qaynar xəttinə müraciət etsinlər.
Daha çox xəbər:
Qırğızıstan Prezidenti sabah Azərbaycana gəlir
Gündəm / SiyasətBu ölkə hərbçilərinə Azərbaycana gəlməyi qadağan etdi
Gündəm / CəmiyyətTerrordan sonra Qırğızıstan vətəndaşlarının Rusiyaya girişi qadağan edildi
Gündəm / DünyaXİN-dən İrana getmək istəyənlərə XƏBƏRDARLIQ
Siyasət / GündəmRəsmi Bakıdan İrana səfər edənlərə bağlı XƏBƏRDARLIQ
Gündəm / Siyasət