Gündəm / Cəmiyyət
02 may 2024
0
“Avroviziya”ya bu ölkənin bayraqları ilə giriş qadağan edildi
Mayın 11-də İsveçin Malmö şəhərində keçiriləcək “Avroviziya 2024” mahnı müsabiqəsinə Fələstin bayrağı ilə gələnlərin içəri buraxılmayacağı açıqlanıb.
Bu haqda Avropa Yayım Birliyi açıqlama yayıb.
Bildirilib ki, Malmö Arenaya Fələstin bayrağı və ya siyasi mesaj daşıyan pankartla girməyə cəhd edənlər dayandırılacaq və əllərindəki əşyalar götürüləcək.
İsveç Fələstin Qrupundan verilən açıqlamada İsrailin mayın 11-də “Avroviziya 2024”də iştirakına qarşı Malmödə etiraz aksiyası keçiriləcəyi bildirilib.
İsveç dövlət televiziyası SVT-nin xəbərinə görə, Malmö Polis İdarəsinin sözçüsü Nils Norling şəhərə 100 min nümayişçinin gələcəyini təxmin etdiklərini deyib.
Nümayişlər zamanı hər hansı insidentin qarşısını almaq üçün geniş təhlükəsizlik tədbirləri görəcəklərini qeyd edən Norling, Norveç və Danimarkadan polis qruplarının dəstək üçün Malmöyə gələcəyini açıqlayıb.