Gündəm / Cəmiyyət
13 may 2024
3
Bu qurumlarda qanun saya salan yoxdur... - İTTİHAM VAR...
"SOCAR Nəqliyyat İdarəsinin rəisi Ələddin Məmmədov, həmin idarənin 2 saylı Departamentinin rəhbəri Rövşən Əhmədov, 4 saylı Departamentinin rəhbəri Verdiyev Hümmət, 6 saylı Departamentin rəhbəri Ağaxan Əsədov tərəfindən mütamadi olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “ezamiyyə xərcləri haqqında “ qərarı, ölkənin əmək qanunvericiliyi pozulur və hansısa “meyarlara”əsasən cəzasız qalırlar". Dia-az.info xəbər verir ki, bu ittihamı Neftçilərin hüquqlarının Müdafiəsi Təşkilatının sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı səsləndirib.
M.Qəhrəmanlı daha sonra "Bəlkə nepotizm... saxtakarlıq... vəzifə səlahiyyətindən sui-istifadə?" deyərək əlaqədar qurumlara sual edir və bildirir:
"Dəqiqləşdirdiyimiz məlumata görə, bir aylıq ezamiyyətə göndərilən işçilərə yol vərəqini 30 günlük verirlər. Amma ezamiyyə vərəqələrini hər həftə dəyişirlər.
Yəni ezamiyyə günlər yalnız 1-5-ci günləri əhatə edir. Həftə sonlarını ödəməmək üçün.İşçilər həmin günləri də ezamiyyəyə göndərilmiş rayonda qalırlar.
İşçilərin dediyinə görə, şənbə-bazar ezamiyyə yerini tərk etmək qadağandır, işçi bu halda cəzalana blər.
Böyük və balaca rəislər (“ padşahlar”) bunu ezamiyyə xərclərinin azaldılması məqsədilə “yuxarının tapşırığı” ilə olunduğunu bildirirlər..."
Daha çox xəbər:
"Putini Ukraynada dayandırmasaq..." - Britaniyanın xarici işlər naziri
GündəmMillət vəkili narazılıq etdi: Ən aşağı ezamiyyə xərci...
Gündəm / CəmiyyətDİN-dən rayonlara getmək istəyənlərə xəbərdarlıq: Postlardan buraxılmayacaqlar
Gündəm / Cəmiyyət / SosialAzərbaycanda bu şəxslər 1500 manatadək cərimələnəcək
Gündəm / CəmiyyətMSK-nın iclasında nələr müzakirə edildi...
---