Gündəm / Dünya
14 may 2024
0
Ermənistan və İran Araz çayı üzərində ikinci körpünün inşası üzrə işçi qrup yaradacaq
Ermənistan və İran Araz çayı üzərində ikinci körpünün inşası üzrə işçi qrup yaradacaq.
Bu barədə “Yol Departamenti” Fondu məlumat yayıb.
Bu məsələ fondun direktoru Qor Avetisyanla İranın Yollar və Şəhərsalma Nazirliyinin nümayəndələri arasında müzakirə olunub.
Qeyd olunub ki, ikinci körpünün tikintisinə ehtiyac İrandan Ermənistana və əks istiqamətdə yük və sərnişin axınının artması fonunda yaranıb.
Xatırladaq ki, çay üzərindən yeni körpünün tikintisi layihəsi üzrə işlərə 2023-cü ilin sonunda başlanılıb. İrəvan mövcud körpüyə paralel olaraq yeni körpünün də tikiləcəyini istisna etməyib.

Daha çox xəbər:

Prezidentdən sərəncam: Araz çayı üzərində körpü...
Gündəm / Siyasət
Xaçmazda çökmüş körpünün yerində yenisi tikiləcək
Gündəm / Cəmiyyət
İran və Azərbaycan arasında “Qız Qalası” su bəndinin açılışı olacaq
Gündəm / Cəmiyyət
Prezident Bərdə-Ağdam avtomobil yolunda görülən işlərlə tanış olub
Gündəm / Siyasət
İran Səfirliyi Araz çayı üzərində salınan körpülərə münasibət bildirdi
Gündəm / Siyasət