Gündəm / İdman
16 may 2024
1
NBA-da ilk yarımfinalçı müəyyənləşib
Milli Basketbol Assosiasiyasında (NBA) ilk yarımfinalçı müəyyənləşib.
"Boston" bu raundda iştirak hüququ əldə edib.
Komanda 1/4 final seriyasının beşinci qarşılaşmasında “Klivlend”i məğlub etməklə buna nail olub - 113:98. Ümumi hesabı 4:1 edən "Boston" yarımfinala yüksəlib.
Onların rəqibi "İndiana" - “Nyu-York Niks” cütünün qalibi olacaq. Hazırda “Nyu-York Niks” 3:2 hesabı ilə öndədir.
