İdman
17 yanvar 2022
41
“Real” İspaniya Superkubokunu qazandı
İspaniya Superkubokunun qalibi müəyyənləşib.
Səudiyyə Ərəbistanında təşkil edilən turnirin bu gün final matçı keçirilib.
Yarımfinalda müvafiq olaraq “Barselona” və “Atletiko”nu məğlub edən son iki ilin qalibləri “Real”la “Atletik” “Kral Abdullah” stadionunda üz-üzə gəliblər. Qarşılaşma cütlüyün favoriti sayılan “kral klubu”nun üstünlüyü şəraitində keçib. 38-ci dəqiqədə Luka Modriçin qolu ilə hesabı açan madridlilərin heyətində 52-ci dəqiqədə Kərim Benzema penaltini dəqiq yerinə yetirib.
87-ci dəqiqədə Eder Militaonun qırmızı vərəqə alması və “Real”ın qapısına penalti təyin olunması bilbaoluları həyəcanlandırsa da, Raul Qarsiya qapıçı Tibo Turtua ilə dueldən məğlub ayrılıb.
Beləliklə, rəqibini 2:0 hesabı ilə məğlub edən “Real” 12-ci dəfə İspaniya Superkubokuna yiyələnib və rekordçu “Barselona”ya (13) bir addım da yaxınlaşıb.
Daha çox xəbər: