İdman
13 dekabr 2021
46
Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılır
Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılacaq.
İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
Püşkatmada qrup mərhələsini adlamış 16 komanda iştirak edəcək. Qrup qalibləri səpələnmişlər, ikinci yerin sahibləri səpələnməmişlər səbətində qərarlaşıb. Eyni qrupda oynamış eyni ölkə təmsilçiləri bir-birinə rəqib ola bilməzlər.
Səpələnməmişlər qrupunda yer alan komandalar ilk matçlarını səfərdə keçirəcəklər. 1/8 finalın ilk görüşləri 2022-ci il 15 - 16 və 22 - 23 fevralda, cavab qarşılaşmaları 8 - 9 və 15 - 16 martda oynanılacaq. Bütün oyunlar Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
UEFA Çempionlar Liqası
1/8 final mərhələsi
Səpələnmişlər
"Ayaks" (Niderland)
"Bavariya" (Almaniya)
"Liverpul" (İngiltərə)
"Lill" (Fransa)
"Mançester Siti" (İngiltərə)
"Mançester Yunayted" (İngiltərə)
"Real Madrid" (İspaniya)
"Yuventus" (İtaliya)
Səpələnməmişlər
"Atletiko" (Madrid, İspaniya)
"Benfika" (Portuqaliya)
"Vilyarreal" (İspaniya)
"Zaltsburq" (Avstriya)
"İnter" (İtaliya)
PSJ (Fransa)
"Sportinq" (Portuqaliya)
"Çelsi" (İngiltərə)
Daha çox xəbər:
Çempionlar Liqasında bu günə olan qarşılaşmalar
İdmanBu gün ÇL-də 8 matç var
Gündəm / İdmanÇempionlar Liqası: 3 komanda pley-offa vəsiqəni təmin edə bilər
İdman“Olimpiakosla” qarşılaşacaq “Neftçi”nin potensial rəqibi müəyyənləşir
Gündəm / İdman“Qarabağ”ın potensial rəqibləri - “Fənərbaxça”, “Lester”...
İdman