İdman
10 dekabr 2021
53

“Qarabağ”ın potensial rəqibləri - “Fənərbaxça”, “Lester”...

“Qarabağ”ın potensial rəqibləri - “Fənərbaxça”, “Lester”...


Konfrans Liqasının qrup mərhələsinin sonuncu turunda “Bazel”ə 0:3 hesabı ilə uduzaraq H qrupunu ikinci pillədə başa vuran “Qarabağ”ın turnirin pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib.

Ağdam təmsilçisi bu mərhələdə “Seltik” (Şotlandiya), “Fənərbaxça”, (Türkiyə), “Lester” (İngiltərə), “Sparta” (Çexiya), PSV (Niderland), “Marsel” (Fransa), “Midtülland” (Danimarka) və “Rapid” (Avstriya) kimi komandalardan biri ilə qarşılaşacaq.

16 komandanın iştirakı ilə keçiriləcək pley-offun püşkatma mərasimi dekabrın 13-də təşkil olunacaq. Bu zaman KL-in qrup 2-ciləri “səpələnmişlər”, AL-in qrup 3-cüləri isə “səpələnməmişlər” səbətində yer alacaqlar. KL-in qrup ikinciləri cavab görüşlərini evdə keçirəcəklər.

Qeyd edək ki, pley-offun oyunları isə 2022-ci ilin fevralın 17-si və 24-də keçiriləcək.