Gündəm / İdman
19 iyul 2021
34
“Olimpiakosla” qarşılaşacaq “Neftçi”nin potensial rəqibi müəyyənləşir
Bu gün UEFA Çempionlar Liqasında üçüncü təsnifat mərhələsinin püşkü atılacaq.
“Report”un məlumatına görə, İsveçrənin Nyon şəhərində keçiriləcək mərasim Bakı vaxtı ilə 14:00-da başlayacaq.
Tədbirdə Azərbaycanı qitənin ən nüfuzlu klub turnirində təmsil edən “Neftçi”nin də potensial rəqibi müəyyənləşəcək. İkinci raundda Yunanıstan “Olimpiakos”u ilə qarşılaşacaq “ağ-qaralar” püşkatmada səpələnmişlər səbətində yer alacaq.
Azərbaycan çempionu üçün beş mümkün rəqib var. Yalnız “Alaşkert” (Ermənistan) – “Şerif” (Moldova) cütü flaqmana potensial rəqib ola bilməz.
Üçüncü təsnifat mərhələsinin görüşləri 3 - 4 və 10 avqustda oynanılacaq.
UEFA Çempionlar Liqası
Üçüncü təsnifat mərhələsi
Səpələnmişlər
“Dinamo” (Zaqreb, Xorvatiya) / “Omoniya” (Kipr) cütünün qalibi
“Slaviya” (Çexiya)
“Olimpiakos” (Yunanıstan) / “Neftçi” (Azərbaycan) cütünün qalibi
“Slovan” (Slovakiya) / “Yanq Boyz” (İsveçrə) cütünün qalibi
“Kayrat” (Qazaxıstan) / “Srvena zvezda” (Serbiya) cütünün qalibi
“Reyncers” (Şotlandiya)
Səpələnməmişlər
“Mura” (Sloveniya) - “Lüdoqorets” (Bolqarıstan)
“Malmö” (İsveç) – HİK (Finlandiya)
“Linkoln” (Cəbəllütariq) – ÇFR (Rumıniya)
“Legiya” (Polşa) – “Flora” (Estoniya)
“Alaşkert” (Ermənistan) – “Şerif” (Moldova)
“Ferensvaroş” (Macarıstan) – “Jalgiris” (Vilnüs, Litva)
Qeyd edək ki, “Neftçi” “Olimpiakos”la ilk oyununu iyulun 21-də səfərdə, cavab matçını isə bir həftə sonra Bakıda keçirəcək.
Daha çox xəbər:
Mahir Emreli Polşada ilk titulunu qazana bilər
Gündəm / İdmanUEFA Bakı Olimpiya Stadionunu təltif etdi
Gündəm / İdmanMövsümün son ev oyunu: "Neftçi" ilə 49-cu duel
SəhiyyəPremyer Liqamızda 26-cı tur həyəcanı - Bütün oyunlar eyni gündə
İdmanAFFA-nın xanım nümayəndəsi Konfrans Liqasının oyununa təyinat aldı
İdman