Gündəm / Dünya
20 may 2024
0
Rəisini daşıyan helikopter ABŞ istehsalı imiş - DETALLAR
İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğrayıb. Helikopterin göyərtəsində xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti də olub. Onların hamısının öldüyü bildirilir. Məlumatı İranın dövlət rəsmiləri də təsdiq edib.
İran rəsmilərini daşıyan helikopter “Bell 212” model olub.
Bu hava vasitəsi Vyetnam müharibəsi dövründən qalma UH-1N "Twin Huey" helikopterinin mülki versiyasıdır. Helikopter həm hökumətlər, həm də özəl operatorlar tərəfindən qlobal miqyasda geniş istifadə olunur.
Helikopter ABŞ-ın “Bell Helicopter” (hazırda bu şirkətin adı “Bell Textron”dur) şirkəti tərəfindən istehsal edilib. Şirkət sözügedən helikopteri 1960-cı illərin sonlarında Kanada ordusu üçün hazırlayıb. ABŞ və Kanada qısa müddətdə helikopteri silahlanmaya qəbul edib.
“Bell 212” personalın, yüklərin və silahların daşınması, havadan yanğınsöndürmə üçün istifadə edilir. İranda qəzaya uğrayan model dövlət rəsmilərini daşımaq üçün konfiqurasiya edilib. Platforma ekipaj daxil olmaqla 15 nəfəri daşıya bilər. Maksimum qaldırma qüvvəti 5 tondur.
Yaponiyanın Sahil Mühafizəsi, ABŞ-də hüquq-mühafizə orqanları və yanğınsöndürmə idarələri, Tailandın milli polisi və bir çox başqa qurumlar tərəfindən idarə edilən helikopterdən İranda 10 ədəd var.
Qeyd edək ki, bundan əvvəl 2018-ci ildə İranda daha bir “Bell 212” helikopteri qəzaya uğrayıb və 4 nəfər həlak olub. Helikopterlər İran şahı Rza Pəhləvinin dövründə ABŞ-dən alınıb.
Daha çox xəbər:
Hindistanın Baş Qərargah rəisini daşıyan helikopter qəzaya UĞRADI
Gündəm / DünyaRusiyada helikopter qəzası - Ölən var
Dünyaİsraildə helikopter qəzası - Polkovnik-leytenantla kapitan öldü
Gündəm / CəmiyyətAzərbaycanda hərbi helikopter QƏZAYA UĞRADI
Gündəm / HadisəABŞ-ın hərbi helikopteri dənizə düşdü
Gündəm / Cəmiyyət