Gündəm / Dünya
23 may 2024
0
Rusiya XİN: Moskva Bakı ilə Tehran arasında münasibətlərin normallaşmasını alqışlayır
Moskva Bakı ilə Tehran arasında münasibətlərin normallaşmasını alqışlayır.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
Onun sözlərinə görə, ölkələr arasında münasibətlərin yaxşılaşması Cənubi Qafqaz və Xəzər dənizi regionunda vəziyyətə müsbət təsir göstərəcək: “Təbii ki, biz Cənubi Qafqaz ölkələri ilə onların qonşuları arasında regional layihələrin inkişafında böyük potensial görürük. Bu məntiq, xüsusən də Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin genişləndirilməsi üzrə işimizdə öz əksini tapıb”.
M.Zaxarova bildirib ki, Moskva Bakı və Tehranla, o cümlədən Rusiya-Azərbaycan-İran dialoq formatı çərçivəsində, eləcə də “3+3” (Rusiya, İran, Türkiyə, Azərbaycan, Ermənistan, Gürcüstan) regional platforması vasitəsilə sıx əməkdaşlığı davam etdirməyə sadiqdir: “Bu ölkələr əmindir ki, regional oyunçular kənar müdaxilə olmadan mövcud çağırış və problemlərin həlli yollarını özləri axtarmalıdırlar”.
Daha çox xəbər:
Rusiya XİN Əli Əsədovla Paşinyanın görüşünə münasibət bildirdi
Gündəm / SiyasətQərb erməni xalqının taleyinə biganədir - Zaxarova Bakı-İrəvan münasibətləri barədə
Gündəm / HadisəRusiya XİN: “Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prioritetimizdir”
Gündəm / SiyasətRusiya Makronun Qarabağla bağlı səylərinə sərt cavab verdi
Gündəm / Dünya“3+3” formatında ikinci görüş yaxın aylarda baş tuta bilər
Gündəm / Siyasət