Gündəm / İdman
24 may 2024
0
Dünya çempionu olan Azərbaycan cüdoçusu Vətənə qayıdıb
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatının qalibi olan Azərbaycan cüdoçusu Zelim Kotsoyev (100 kq) Vətənə qayıdıb.
Cüdoçunu daşıyan təyyarə saat 10:20-də Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş edib.
Onu hava limanında yaxınları, Azərbaycan Cüdo Federasiyasının rəsmiləri, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin rəisi Elnur Məmmədov və idman ictimaiyyətinin nümayəndələri qarşılayıblar.
Xatırladaq ki, Azərbaycan yarışda 11 cüdoçu ilə təmsil olunub. Kotsoyevdən başqa Hidayət Heydərov (73 kq) da dünya çempionu olub.
Daha çox xəbər:
Dünya çempionatı: Azərbaycanın daha bir cüdoçusu mübarizəyə başlayır
İdman / GündəmAzərbaycanın daha iki cüdoçusu dünya çempionatında tatami üzərinə çıxacaq
İdmanDünya çempionatında beş medal qazanmış Azərbaycan para-üzgüçüləri Vətənə qayıdıblar
İdmanCüdoçumuz dünya çempionatında yarımfinala yüksəldi
İdmanAvropa çempionatı: Azərbaycanın daha 3 cüdoçusu mübarizəyə qoşulacaq
Gündəm / İdman