Gündəm / Dünya
25 may 2024
0
Polşa, Finlandiya, Norveç və Baltikyanı ölkələr “dron səddi” yaradacaq
Polşa, Finlandiya, Norveç və Baltikyanı ölkələr pilotsuz uçuş aparatlarından (PUA) istifadə etməklə, sərhədlərini qorumaq üçün “dron səddi” yaradılmasını razılaşdırıblar.
Bu barədə Litvanın daxili işlər naziri Aqne Bilotayte bildirib.
“Bu, tamamilə yeni bir şeydir - Norveçdən Polşaya qədər uzanan “dron səddi” yaradılacaq. Məqsəd sərhədlərimizi dost olmayan ölkələrin təxribatlarından qorumaq və qaçaqmalçılığın qarşısını almaq üçün PUA-lardan və digər texnologiyalardan istifadə etməkdir”, - o deyib.
Belə “dron səddi” yaratmaq üçün ölkələr sərhəd ərazilərinə nəzarət etmək məqsədilə PUA-lardan, həmçinin PUA əleyhinə sistemlərdən istifadə edəcəklər.
A.Bilotaytenin sözlərinə görə, Litva artıq PUA-ların köməyi ilə sərhədlərinin təhlükəsizliyini gücləndirməyi planlaşdırır. O bildirib ki, Litvanın Dövlət Sərhədini Mühafizə Xidmətində bu yaxınlarda dron bölməsi yaradılıb, əlavə PUA və PUA əleyhinə