Gündəm / Cəmiyyət
27 may 2024
0

Bakıda ƏTLİ dönər əvəzinə TÜKLÜ dönər... - BU NƏDİ BELƏ?!


Bakıda fəaliyyət göstərən "BİR İKİ DÖNƏR" satış nöqtəsindəki anisanitar vəziyyət vətəndaş gileyinə səbəb olub.

Dia-az.İnfo xəbər verir ki, bu barədə narazılığını "Müştəriyəm Şikayətim Var" sosial qrupunda ifadə edən Aylin Elçin adlı istifadəçi başına gələnləri ironik şəkildə nəq edir.

Narazı vətəndaş yazır:

"Ətli dönər sifariş etdim, sifarişimi səhv salıblar... düşünürəm... Əvəzində tüklü dönər göndəriblər...

Sadəcə onu qeyd etmək istəyirdim ki, 1 ədəd tük bəs idi, 2 ədəd çox oldu..."