Gündəm / Hadisə
28 may 2024
0
Ağdamda mina hadisəsi baş verib

2024-cü il 28 may tarixində işğaldan azad edilmiş Ağdam rayonunun Sırxavənd kəndi ərazisində mina hadisəsi baş verib.
Bununla bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti birgə məlumat yayıb.
Bildirilib ki, agentliyin əməkdaşı 1997-ci il təvəllüdlü Hasil Eldar oğlu Yusubov xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində sol ayağın topuq nahiyəsindən amputasiyası olunub.
Xəsarət alan əməkdaş rayon xəstəxanasına təxliyə edilib. Vəziyyəti qənaətbəxşdir.

Daha çox xəbər:

ANAMA-nın əməkdaşı Ağdamda minaya düşdü - YENİLƏNİB
Cəmiyyət
Ağdamda mina partladı - Yaralılar var
Gündəm / Hadisə
Tərtərdə minaya düşən şəxsin son durumu - YENİLƏNİB
Gündəm / Hadisə
Ağdamda partlayış - ANAMA əməkdaşı yaralandı
Gündəm / Hadisə
Qarabağda "Qazel" minaya düşdü - Ölən var (YENİLƏNİB)
Gündəm / Hadisə