Gündəm / Dünya
28 may 2024
0
Ermənistan müharibədən sonrakı reallığı dərk edərək sağ qaldı - Paşinyan
Ermənistanın Baş naziri Nikol Paşinyanın Respublika Günü münasibətilə xalqına təbrik ünvanlayıb.
Paşinyan təbrikində 2020-ci ilin 44 günlük müharibəsindən sonrakı Ermənistan Respublikasından bəhs edib.
Bildirib ki, müharibədən sonra Ermənistan Respublikasından reallığı yeni dərk edərək, yeni düşüncə modellərinin formalaşması sayəsində sağ qaldı.
“Bu yeni təfəkkür formaları və yeni perspektivlər göstərir ki, daim dəyişən dünyada daim dəyişmək və inkişaf etmək, çağırışlara və məqsədlərə uyğun qərarlar qəbul etmək bacarığı dövlətin uzunömürlülüyünün düsturu, əsas şərtidir.
Hökumətimiz Ermənistan Respublikasına məhz bu yolla rəhbərlik edir və başa düşür ki, həyat qabiliyyətli olmaq dövlətçiliyi, özünəməxsusluğu, dəyərləri qorumaq və inkişaf etdirmək, azadlıq, təhlükəsizlik və rifah qura bilmək deməkdir.
Real Ermənistan strategiyası məhz bundan ibarətdir. Amma həm də o azadlıq kifayət deyil - ədalət lazımdır, təhlükəsizlik kifayət deyil - sülh lazımdır, firavanlıq kifayət deyil - xoşbəxtlik lazımdır, canlılıq kifayət deyil - şənlik lazımdır.
Ehtiyatlıyıq, çətin işlərlə məşğuluq, amma bu yolla gedirik. Çoxlarının fikrincə, biz yavaş-yavaş irəliləyirik. Biz fasiləsiz hərəkət edirik və üfüqdə əziz məqsədimizi görürük”, - Paşinyan deyib
Daha çox xəbər:
Paşinyan yeni konstitusiyanı Azərbaycanın tələbi il qəbul edir? - ŞOK DETALLAR
Gündəm / Dünya"Konkret qərarlar qəbul etməyə hazırıq" - Paşinyan
Gündəm / Siyasətİlham Əliyev Çin Sədrinə məktub göndərdi
SiyasətPaşinyan Münhenə getdi
Gündəm / İdmanBinəli Yıldırım: “Yeni oyunçuların ortaya çıxmasını dərk edirik”
Gündəm / Dünya