Gündəm / Siyasət
31 oktyabr 2022
10
"Konkret qərarlar qəbul etməyə hazırıq" - Paşinyan
Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanın istənilən vaxt Bakı ilə dialoqa hazır olduğunu bəyan edib.
Milliinfo.az TASS-a istinadən xəbər verir ki, Baş nazirin sözlərinə görə, Ermənistan Azərbaycanla regional kommunikasiyaların açılmasında çox maraqlıdır.
"Biz 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 9-cu bəndi və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanat əsasında konkret qərarlar qəbul etməyə hər an hazırıq", - Paşinyan Rusiya prezidenti Vladimir Putinlə görüşündə deyib.
Eyni zamanda o vurğulayıb ki, Ermənistan ərazisində açılacaq kommunikasiyalar İrəvanın tam nəzarəti altında olmalıdır.
Daha çox xəbər: