Gündəm / Dünya
08 avqust 2022
31
Paşinyan Putinə zəng etdi

Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub.
Milliinfo.az Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, telefon danışğı Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutub.
Onlar Qarabağda vəziyyətin inkişafı, eləcə də Azərbaycan-Ermənistan sərhədində təhlükəsizliyin təmin edilməsi məsələlərini müzakirə ediblər.
Bu kontekstdə Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında 2020-ci il 9 noyabr, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli sazişlərin bütün müddəalarının həyata keçirilməsinin vacibliyi vurğulanıb.
Qeyd edək ki, bu, son bir həftədə Putinlə Paşinyanın ikinci telefon danışığıdır. Bundan əvvəlki danışıq avqustun 2-də olub.

Daha çox xəbər:

İlham Əliyev Putinə zəng etdi - YENİLƏNİB
Gündəm / Siyasət
Paşinyan Putinlə Qarabağı müzakirə edib
Gündəm / Dünya
Paşinyanın Rusiyaya səfəri başlayıb
Dünya
Paşinyan Rəisi ilə regional kommunikasiyaların açılmasını müzakirə etdi
Dünya
Azərbaycan və Səudiyyə Ərəbistanı XİN başçıları arasında telefon danışığı olub 30 Aprel, 2020 17:53
Siyasət / Dünya