Gündəm / Cəmiyyət
29 may 2024
2
Mustafa Abbasbəylinin yeni vəzifəyə təyin olunması ilə bağlı RƏSMİ AÇIQLAMA
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli vəzifəsindən ayrılıb.
Bununla bağlı məlumatı Bizim.Media-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıbov təsdiqləyib:
“Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli başqa işə keçməsi ilə əlaqədar işdən azad edilib”, - deyə qurum rəsmisi bildirib.
Məlumata görə Mustafa Abbasbəyli bundan sonra fəaliyyətini Mədəniyyət Nazirliyi Aparatının rəhbəri kimi davam etdirəcək. Bununla bağlı nazir Adil Kərimlinin əmr imzaladığı bildirilir.
Mədəniyyət Nazirliyinin mətbuat katbi Aynur Kərimova isə Mustafa Abbasbəylinin qurumun aparat rəhbəri vəzifəsinə təyin olunması məsələsinə belə cavab verib:
“Mustafa Abbasbəyli barədə rəsmi əmr imzalanmayıb. Əmr imzalanandan sonra bu barədə ictimaiyyətə məlumat veriləcək”.
Xatırladaq ki, Mustafa Abbasbəyli 2020-ci il iyulun 2-dən etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri vəzifəsində çalışırdı.
Qeyd edək ki, məlumatı ilk olaraq Bakupost.az saytı yayıb.
Daha çox xəbər:
Vətən müharibəsi qazilərinin sayı açıqlanıb
Gündəm / CəmiyyətVamiq Nəsirova yeni vəzifə verildi
Gündəm / CəmiyyətNaxçıvanın əmək və əhalinin sosial müdafiəsi naziri İŞDƏN ÇIXARILDI
Gündəm / CəmiyyətNaxçıvanda yüksək vəzifəli şəxs işdən AZAD OLUNDU
Gündəm / CəmiyyətPrezident Mustafa Babanlını vəzifəsindən azad etdi
Siyasət / Təhsil