Gündəm / Şou
29 may 2024
1

Fatimə Mövlamlı və Nicat İsmayıl sərbəst buraxıldı


Bloger Fatimə Mövlamlı və ictimai fəal Nicat İsmayıl Qəbələdə polis tərəfindən saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Axar.az-a bildirilib ki, ictimai yerdə nalayiq hərəkətlərə görə onlar polis şöbəsinə dəvət olunublar.

“İctimai qayda pozuntusuna yol verən həmin şəxslər barəsində qanunamüvafiq tədbir görüləcək”, - məlumatda deyilir.

***

Qəbələdə saxlanılan bloger Fatima Mövlamlı və ictimai fəal Nicat Ismayıl ilə polis tərəfindən profilaktiki iş aparılıb və onlar sərbəst buraxılıblar.

Bu barədə DİN Mətuat Xidmətinin regional qrupundan bildirilib.