Gündəm / Dünya
30 may 2024
0
Güllələnən baş nazirin son vəziyyəti açıqlandı
Mayın 15-də sui-qəsd cəhdinə məruz qalaraq yaralanan Slovakiya Baş naziri Robert Fitsonun səhhəti tədricən yaxşılaşır.
Bu barədə siyasətçinin müalicə aldığı Banska-Bistritsa şəhərindəki “Ruzvelt” adına xəstəxananın baş həkimi Miriam Lapunikova deyib.
“Ümid edirik ki, onun səhhəti getdikcə yaxşılaşacaq”, - deyə baş həkim bildirib.
Qeyd edək ki, mayın 15-də Handlova şəhərində R.Fitsoya qarşı sui-qəsd cəhdi olub. O, 5 güllə yarası alıb və 4 dəfə əməliyyat olunub.
