Gündəm / Cəmiyyət
04 iyun 2024
0
Şəhid jurnalistlərin anım günüdür
Bu gün işğaldan azad edilmiş Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək şəhid olmuş Azərbaycan Televiziyasının operatoru Sirac Abışov və “Azərtac”ın əməkdaşı Məhərrəm İbrahimovun anım günüdür.
2021-ci ilin iyunun 4-ü Kəlbəcər rayonuna ezam olunmuş telekanal və informasiya agentlikləri əməkdaşlarını aparan “KamAZ” markalı sərnişin avtomobili rayonun Susuzluq kəndi ərazisində ermənilərin yerləşdirdiyi tank əleyhinə minaya düşüb.
Nəticədə üç nəfər – AZTV telekanalının operatoru Sirac Abışov, AZƏRTAC İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov, Kəlbəcər Rayon İcra Hakimiyyətinin Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev şəhid olub, daha 4 nəfər isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Daha çox xəbər:
General şəhid jurnalistləri medalla təltif etdi
Gündəm / CəmiyyətÇingiz Mustafayevlə Sirac Abışovun doğum günüdür
Gündəm / CəmiyyətPrezident şəhid jurnalistlərin ailələrinə mənzil hədiyyə etdi
Gündəm / SiyasətKəlbəcərin azad edilməsindən ÜÇ İL KEÇİR
Gündəm / CəmiyyətKəlbəcərin azad olunmasından iki il ÖTÜR
Gündəm / Cəmiyyət